Bakının Binəqədi rayonunda yaşayan Əsgərovlar ailəsində bu gün faciə baş verib. Ailə başçısı həyatla haqq-hesab çəkmək üçün fərqli üsul seçib.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, Binəqədi rayon polis idarəsindən verilən məlumata görə, Rəsulzadə qəsəbəsinin Həsrət Əliyev küçəsində yerləşən 6 saylı evdə yaşayan 1971-ci il təvəllüdlü Əsgərov Cavanşir Sabir oğlunun meyiti aşkarlanıb.
İlk olaraq meyiti Əsgərovun arvadı aşkar edib. Səhər “Sədərək” ticarət mərkəzinə alış-verişə gedən qadın qayıdanda faciə ilə qarşılaşıb. Əri su ilə dolu vannada ölmüş uzanmışdı. O, su ilə dolu vannaya bir tərəfi elektrik rozetkasına keçirilmiş naqili buraxaraq intihar edib.
Məlum olub ki, kişi ölümdən qabaq məktub qoyub, bu məktubda isə arvadından onun ölümündə heç kimi günahlandırmamağı istəyib. İntiharın səbəbi müəyyən edilməyib. Hal-hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.
Məlumata görə, Əsgərov kiçik sahibkarlıqla məşğul idi. Əsgərovun oğlu Azərbaycan Sərhəd Qoşunları Akademiyasında təhsil alırdı.