Bakıda tülkü qadını dişləyib.
Oxu.Az xəbər verir ki, Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, bu barədə qadın həkimə müraciət edib.
Belə ki, Bakı şəhər sakini, 42 yaşlı Yeganə Əhmədova həkimə müraciət edərək zooparkda onu tülkü dişlədiyini bildirib.
Y.Əhmədova Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Məsələ ilə bağlı zooparkın direktoru Azər Hüseynov bu barədə xəbərsiz olduğunu bildirib.
“Bizdə heç tülkü də yoxdur. Bu necə ola bilər?”, - deyə, Azər Hüseynov bildirib.