Bakıda Türkiyə vətəndaşının meyiti tapılıb.
Oxu.Az DİN-ə istinadən xəbər verir ki, yanvarın 27-də Şəmkir rayonunun Seyfəli kəndində avtomobillərin hərəkət istiqamətinin əksi istiqamətində yolun kənarında dayanmış “İveco” markalı yük avtomobili aşkar edilib.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı sürücü, Türkiyə vətəndaşı Semiz Kademin meyiti (ilkin məlumata əsasən infarktdan ölmüşdür) tapılıb.
Araşdırmalar aparılır.
E.Ə.
www.oxu.az