Bakı şəhəri Səbail rayonu ərazisində naməlum kişi meyiti tapılıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Rəşid Behbudov küçəsi 4 ünvanının qarşısından, Azərbaycan Pedoqoji Universitetinin giriş qapısında 40-45 yaşlı kişiyə məxsus meyit aşkarlanıb. İlkin baxış nəticəsində meyit üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib.
Ölən şəxsin kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.