Bakıda usta hasardan yıxılaraq ölüb.
Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Novxanı bağları ərazisində baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü usta Aslan Xəlilov sözügedən ərazidə yerləşən evlərdən birində çalışarkən hasardan yıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli