Bakıda üzərində erməni dilində yazı olan mallar satılır.
Oxu.Az xəbər verir ki, bu fakt Xətai metrosunun yaxınlığında, “Gallery” mehmanxanasının altında yerləşən “İnci” supermarketdə qeydə alınıb. Belə ki, adıçəkilən mağazada üzərində erməni dilində yazı olan “Rafaello” konfetləri satılır.
Xatırladırıq ki, etiketi ermənicə yazılmış məhsulların ölkəmizə gətirilməsi halı birinci dəfə deyil. Müvafiq dövlət qurumları bu faktı araşdırmalıdır.
Aytən Sadıqzadə
www.oxu.az