Bazar günü Bakının Nərimanov rayonunda iki intihar hadisəsi baş verib.
Bu barədə Vesti.Az-a Nərimanov rayon prokurorluğundan bildiriblər.
Bu gün səhər saatlarında Azadlıq prospektində 909 saylı uşaq bağçasının həyətində yerli sakinlər tərəfindən asılmış kişi cəsədi tapılıb. Sakinlər həmin şəxsin Ziya Bünyadov küçəsi, 28 nömrəli evdə yaşayan 35 yaşlı Musayev Zöhrab Eldar oğlu olduğunu görüblər.
Qonşuların Nərimanov rayon 16-cı polis bölməsinin əməkdaşları tərəfindən toplanılmış ifadələrinə görə, özünü asmazdan bir gün əvvəl Musayev məhəllədə hər bir şəxslə vidalaşıb. O, hətta anası ilə ayrıca yaşayan qızına da zəng edib.
İlkin istintaq zamanı məlum olub ki, Musayev son vaxtlar çox içir və valideynləri ilə dava edirmiş. Sonuncular onun valideynlərinin əxlaqsız hesab etdikləri qadınla birgə həyatına qarşı çıxırdılar. Musayev həmin qadınla ailə qurmaq və atasının mənzilində yaşamaq istəsə də, valideynləri qəti şəkildə buna qarşı çıxıblar.
Kənardan dəstək görməyən qadın çıxıb gedəndən sonra Zöhrab Musayev içkiyə qurşanır. İntihar etməzdən əvvəl Musayev hətta sahə müvəkkili ilə danışaraq, ondan başına bir iş gəldiyi təqdirdə heç kimi günahlandırmamağı xahiş edib.
Lakin o zaman sahə müvəkkili bu sözlərə xüsusi əhəmiyyət verməyib və hətta onunla zarafat edərək, kefini açmaq istəyib.
Musayev özünü atasının mənzilinin pəncərələri qarşısındakı ağacdan asaraq intihar edib.
www.vesti.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin