Fevralın 10-u tarixində paytaxt Bakıda, Abşeron yarımadasında, eləcə də ölkənin müxtəlif regionlarında proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı səviyyəli xəbərdarlıq elan olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, narıncı xəbərdarlıq zonasına daxil olan Bakı və Abşeron yarımadası, həmçinin Neftçala, Xızı, Qusar, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Kəlbəcər və Daşkəsən rayonlarında şimal-qərb küləyinin sürəti saniyədə 20.8-28.4 metrə qədər artacaq.
Respublikanın digər ərazilərində isə sarı xəbərdarlıq qüvvədə olacaq və şimal-qərb küləyinin sürətinin 13.9-20.7 m/san arasında dəyişəcəyi proqnozlaşdırılır.