Azərbaycanın paytaxtında World of Tanks çempionatı keçiriləcək.
Oxu.Az xəbər verir ki, turnir iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun xatirəsinə həsr olunub.
Turnir iki formatda keçiriləcək: komanda yarışları (3x3) və fərdi yarışlar. Fərdi yarışlar ilkin qeydiyyat olmadan keçiriləcək.
Çempionatda arzu edən hər kəs təmənnasız iştirak edə bilər.
Turnirin aparıcısı Andrey Rodnoydur.
Qeydiyyat sentyabrın 7-dən 13-nə kimi keçiriləcək. Onlayn-seçmələr sentyabrın 14-də saat 20:00-da başlayacaq.
Final sentyabrın 26-da Marriott Absheron Baku Hotel-də keçiriləcək. Giriş sərbəstdir.
Tədbirin tərəfdaşları Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Kiber İdman Federasiyasıdır.