Bakıda xanım sürücü ağır yol qəzası törədib.
Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, aeroport yolundan Suraxanı istiqamətinə keçən yoldakı dairədə “Honda” markalı avtomobil əsas yolla gələn “Mercedes”lə toqquşub. Zərbənin təsirindən “Mercedes” toqquşma yerindən təxminen 50 metr kənara sürüşərək yol kənarına çıxıb.
Qəzaya səbəb “Honda”nın “Mercedes”in yoluna çıxması göstərilir.
Hadisə yerində polis araşdırma aparır. Onu da əlavə edək ki, “Honda” markalı avtomobildə azyaşlı uşaq olub. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.