Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürülüb
Bakıda təkər tullantıları toplanmış ərazidə baş vermiş güclü yanğın söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın FHN-in yanğınsöndürənləri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bakıda güclü yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, yanğın Xətai rayonunun Ramiz Quliyev küçəsində təkər tullantıları toplanmış qarajda qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun "112" qaynar xəttinə ilkin məlumata əsasən təkər tullantıları toplanmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub. Hazırda söndürülmə işləri davam edir.
Qeyd edək ki, yanğının baş verdiyi qarajın yaxınlığında Respublika Neyrocərrahiyyə Xəstəxanası, yanacaqdoldurma məntəqəsi və yaşayış binası var.
Həmin görüntüləri təqdim edirik:
Rəylər