Bakıda yanacaqdoldurma məntəqəsində yanğın olub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda yanacaq doldurma məntəqəsinin ərazisində həcmi 20 min kub olan yanacaq çəninin içərisində qalmış neft məhsulları və ətrafa dağılmış mazut qalıqları 15 kv.m sahədə yanıb.
Qonşu çənlər və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.