Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, yanğın Sübhi Salayev küçəsi, 17 ünvanında yerləşən 1 mərtəbəli həyət evində baş verib.
Həmin evdə Alyona adında qadın anası və qızı ilə birlikdə yaşayırmış.
Hadisə baş verən zaman evdə heç kim olmayıb.
Hadisə yerinə 4 yanğınsöndürən maşını cəlb edilib və qısa zamanda yanğın tam söndürülüb.
İlkin ehtimala görə, yanğın qısaqapanmadan baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğın barədə FHN-ə qonşular məlumat verib.
17:15
Bakının Yasamal rayonunda, Zivərbəy Əhmədbəyov küçəsində (metronun “Nizami” stansiyasının yaxınlığında) yerləşən yaşayış binası yanır.
Oxu.Az xəbər verir ki, bu barədə 1news.az-a hadisə şahidləri bildiriblər.
Hadisə yerinə yanğınsöndürən briqada cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.