Bakıda tikilməkdə olan binada yanğın başlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 31/5 ünvanında qeydə alınıb. Həmin ünvanda tikilməkdə olan binada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.