Bakının Nərimanov rayonunda baş vermiş yanğın sömdürülüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Koroğlu Rəhimov küçəsində yerləşən “Xanım əllər” kafesində 1 otaq yanıb.
Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər yanğının yayılmasının qarşısını alıblar. Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Qeyd edək ki, Nərimanov rayonunda Koroğlu Rəhimov küçəsində “Xanım əllər” kafesində yanğın baş vermişdi.
22.05.2015 23:31
Bakının Nərimanov rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, yanğın Koroğlu Rəhimov küçəsində yeni açılmış “Xanım əllər” kafesində baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən əməkdaşları cəlb olunub, əraziyə 4 yanğınsöndürən maşın gətirilib.
Yanğının söndürülməsi istiqamətində iş aparılır.