Bakıda daha bir bahalı lüks avtomobil satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, Turbo.Az saytında Mercedes G 63 AMG maşınının satışı haqqında elan yerləşdirilib.
Almaniyadan yenicə gətirilən Gelandewagen G 63 AMG Brabus 620 at gücündə mühərrik ilə təchiz olunub.
Avtomobil saatda 100 km/s-dək sürət yığmaq üçün cəmi 5,1 saniyə sərf edir.
İlkin olaraq yalnız “Dubai Cars 2” avtosalonunda satışa çıxarılan 4 yerlik lüks offroader 430 min ABŞ dollarına başa gələcək.
Elvin Əhmədov
www.oxu.az