Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonu Süleyman Tağızadə küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında qeydə alınan yanğın nəticəsində xəsarət alan olmayıb.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
16:05
Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, yanğın paytaxtın Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi ilə Süleyman Tağızadə küçələrinin kəsişməsində – “Mərkəzi Univermaq” Açıq Səhmdar Cəmiyyətinin (MUM) binasının yaxınlığında baş verib.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.
15:45
Bakıda yaşayış binası yanır.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
A.M.