Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda yaşayış binasındakı yanğın söndürüldü
Xətai rayonu, Əliağa Şıxlinski küçəsində baş vermiş yanğın söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yayılaraq mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb", - FHN diqqətə çatdırıb.



18:00
Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasında yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Uşaqların həyatı risk altında: Attraksionlara kim nəzarət edir?
- Kəmaləddin Heydərovdan general-leytenantın yerinə YENİ TƏYİNAT
- Nəsimi rayonunda "Kəndli yarmarkası"nın fəaliyyəti dayandırılıb
- Perinatal Mərkəzdəki yanğında zərərçəkən: "8 ildən sonra övladımız oldu, o da yanğında öldü"
- FHN əhaliyə MÜRACİƏT ETDİ: Hava şəraiti dəyişir