Xocalı prospektində, metronun “Xətai” stansiyası yaxınlığındakı hündürmərtəbəli binaların birindəki yaşayış evində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, baş verən yanğın tez bir zamanda söndürülərək alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.
20:25
Bakıda yeni tikilmiş yaşayış binasında yanğın olub.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə Xocalı prospektində, metronun “Xətai” stansiyası yaxınlığındakı hündürmərtəbəli binalardan birində baş verib.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə və yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.