Paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov 22 ünvanında yerləşən binada baş verən yanğın söndürülüb.
Bu barədə Oxu.Az-ın hadisə yerində olan müxbiri məlumat verib.
11:49
Bakıda yaşayış binası yanır.
Oxu.Az xəbər verir ki, hadisə Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən binalardan birində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.