Bakıda baş verən yanğının qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Şamil Əzizbəyov küçəsi 89 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazada baş verən yanğın söndürülüb.
Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
13:25
Bakıda bina yanır.
Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, yanğın hadisəsi “Kubinka” deyilən ərazidə qeydə alınıb.
Ərazidə yerləşən binaların birində baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.