Bakıda intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1964-cü il təvəllüdlü Gülşən İsmayıl qızı Kərimova intihar etmək məqsədi ilə sirkə turşusu içib.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.