Bakının Nizami rayonunda intihar etməyə cəhd edən yaşlı qadın xilas edilib.
Oxu.Az xəbər verir ki, “Yeni Müsavat”ın məlumatına görə, metronun “Neftçilər “ stansiyası yaxınlığında, R.Rüstəmov 25 ünvanında yaşlı qadın yaşadığı 5 mərtəbəli binanın pəncərəsinə çıxaraq intihara cəhd edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə mənzilə giriş qapısından daxil olaraq yaşlı qadını xilas ediblər.
Təcili Tibbi Yardım Stansiyasının hadisə yerinə gələn əməkdaşlarının “Yeni Müsavat”a verdiyi məlumata görə, yaşlı qadın ruhi xəstədir və sözügedən ünvanda oğlu ilə yaşayır.