Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda yeni bulvar SALINIR
"Qanlı göl"ün ətrafında bulvar salınması işlərinə başlanılıb.
Bu barədə "Trend"in sorğusuna cavab olaraq Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, layihəyə əsasən, gölün ətrafı bulvar olacaq.
"Hazırda gölün təmizlənməsi üçün işlər görülür, yol salınır, ağaclar əkilir və düzləmə işləri gedir. Bulvarın nə vaxta hazır olacağı hələ məlum deyil. Layihə orada bina tikən tikinti şirkətinin üstünə öhdəlik olaraq qoyulub", - Yasamal RİH-dən bildirilib.
Əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmov açıqlamasında bildirib ki, ümumiyyətlə, parkların və bulvarların salınması şəhərin estetik görünüşünü artırmaqla yanaşı, bir neçə mühüm fayda da gətirir.
"Qanlı göl" ətrafında bulvarın salınması şəhərin mənzərəsini daha cəlbedici edəcək. Bulvarlar şəhər sakinləri və turistlərin istirahət və əyləncəsi üçün çox yaxşıdır. Yaşıl sahələrin artırılması şəhərin ekoloji balansını yaxşılaşdıracaq.
Ağaclar və digər bitki örtüyü havanın keyfiyyətini artıraraq, ekosistemə müsbət təsir göstərə bilər. "Qanlı göl" ətrafında bulvarın salınması şəhərin görünüşünü gözəlləşdirmək, ekoloji tarazlığı artırmaq və ictimai həyatın canlanmasına kömək edəcək. Bu cür layihələr həm yerli sakinlər, həm də turistlər üçün cəlbedici bir mühit yaradır", - deyə o qeyd edib.
Həmin görüntüləri təqdim edirik:
@oxuaz 📍🌳 Bakının Yasamal rayonunda, Qanlı gölün ətrafında bulvar salınması işlərinə başlanılıb. Yasamal Rayon İcra Hakimiyyəti: "Hazırda gölün təmizlənməsi üçün işlər görülür, yol salınır, ağaclar əkilir və düzləmə işləri gedir. Bulvarın nə vaxta hazır olacağı hələ məlum deyil. Layihə orada bina tikən tikinti şirkətinin üstünə öhdəlik olaraq qoyulub".
♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər
"Yasamal Rayon İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib
- Yasamal gölünün taleyi yenidən sual altında: Qurudulur, yoxsa abadlaşdırılır?
- Bakıda səkisi əlindən alınan küçə və bu mənzərəyə səssiz qalan CAVABDEH QURUM
- Rəsmi qurumların boyunlarından atdıqları lüklər: Faciə baş versə, günah kimdə olacaq?
- Səki niyə dağıdıldı? - Piyadalar avtomobil yolu ilə addımlamağa məcbur olublar
Rəylər