Bakıda doğum evlərindən birində yeni doğulan körpə oğlan uşağı ölüb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə 7 saylı doğum evində baş verib.
Xəstəxanadan verilən məlumata görə, bu dəqiqədə Bakı şəhəri 7 saylı doğum evində həkimlər körpəsi ölən Naxçıvan sakini, 1982-ci il təvəllüdlü Xəyalə Abdulla qızı Əsgərovanın həyatı uğrunda mübarizə aparır.
Hazırda Xəyalə reanmasiyaya yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti ümidvericidir.
Hadisə yerinə 25-ci polis bölməsinin əməkdaşları da gəliblər.
Məlumata görə, bu X.Əsgərovanın ilk övladı olub və doğuş normal yolla həyata keçirilib.