Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda yeni təmir edilən park zibilxananı xatırladır
Bakının Xətai rayonunda, 8 Noyabr prospektinin yaxınlığında yerləşən park təmir olunub, amma təmizlənməyib. Təmir zamanı orada qalan tullantılar aylardır götürülmür.
Oxu.Az "Xəzər TV"yə istinadən xəbər verir ki, yenicə istifadəyə verilən park hazırda zibilxananı xatırladır.
Sakinlər istirahət üçün getdikləri parkda əl-ayaqlarına dolaşan daşlardan, beton qalıqlarından şikayətçidirlər.
Ərazidə sakinlərin istirahət edə, səmərəli vaxt keçirə biləcəkləri şərait yaradılsa da, tullantı və artıq materiallar buna imkan vermir.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, problem qısa zamanda həll ediləcək.
Ətraflı videomaterialda:

"Xətai Rayon İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- Xətai rayonunda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub
- YAP Xətai rayon təşkilatının təsis edilməsi münasibətilə tədbir keçirilib
- Keçmiş icra başçısı XİN-in verdiyi xidməti pasportu İTİRİB
- Sakinlər suyun binaların zirzəmisini basmasından şikayətləndilər - Qurumlar niyə çarəsizdir?
- Sakinlərin başına bəla olan "KamAZ"