Bakıda yeni tikilmiş piyada keçidində divara bərkidilmiş güzgülər sındırılıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində, Şəfa stadionun unqarşısında tikilmiş yeraltı piyada keçidindəki şüşə və güzgülər naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb.
Həmin keçid hələ istifadəyə verilməsə də, piyadaların təhlükəsizliyi məqsədi ilə sakinlərin keçiddən istifadə edilməsinə icazə verilib.
Oxşar əməllər Səbail rayonunda, Bakı bulvarının yeni hissəsi ilə Səbail rayon Yanğından Mühafizə Hissəsinin qarşısını birləşdirən keçiddə də törədilib. Burada divarlara döşənmiş mərmər örtüklər dağıdılıb.
Qeyd edək ki, hər iki keçiddə təhlükəsizlik kameraları yoxdur.