Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda yol-nəqliyyat hadisəsi olub - İşıqfor yararsız vəziyyətə düşüb
Binəqədi rayonu, Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Məlumata görə, qəza nəticəsində 1 ədəd işıqfor yararsız vəziyyətə düşüb.
Qeyd olunub ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıradan çıxan işıqforun yenisi ilə əvəz edilməsi ilə bağlı işlər görüləcək.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar