Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb
Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, hadisə İstanbulun Şişli rayonunda restoranlardan birində qeydə alınıb.
Belə ki, restoranda 3 nəfər - Erkan A., Beyhan T. və Azərbaycan vətəndaşı Hüseyn M. iki şübhəli şəxsin atəş açması nəticəsində yaralanıb.
Hücum edən şəxslər hadisə yerindən qaçıblar.
Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar. Erkan A. və Beyhan T.-nin vəziyyətlərinin ağır olduğu bildirilir. Qeyd edilir ki, Azərbaycan vətəndaşı yüngül xəsarət alıb.
Polis hadisəni törədən şəxslərin saxlanılması üçün əməliyyata başlayıb.
"Silahlı hücum" teqi üzrə xəbərlər
- Dərbənddə polislərə atəş açan sürücü güllələnib
- HƏMAS rəhbərliyinin iki üzvü Livan ordusu tərəfindən saxlanılıb
- Türkiyədə dəhşətli cinayət: Zabit ona "tərs baxan" gənci GÜLLƏLƏDİ
- ABŞ-də silahlı hücum nəticəsində üç nəfər öldürülüb
- Rusiyalı kişi çoxmərtəbəli binanın damından insanlara 60-a yaxın atəş açdı