Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Bakıda yol polisinin iştirakı ilə dəhşətli qəza – FOTO + VİDEO](https://images.oxu.az/2014/03/10/09/18/52/369/dyp3:1200.jpg)
Bakıda yol polisinin iştirakı ilə dəhşətli qəza – FOTO + VİDEO
Bakıda Yol Patrul Xidməti (YPX) avtomaşınının iştirakı ilə ağır nəqliyyat hadisəsi baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, paytaxtın Səbail rayonu ərazisində qeydə alınan avtoqəzada 1 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Qəza zamanı Bakı Şəhər Dövlət Yol Polisi idarəsinə məxsus 10-YP-374 nömrə nişanlı “BMW” markalı maşınla 25 yaşlı Otarod Canpolad Faxreddin oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Zərbənin təsirindən hər iki avtomaşın yol kənarındakı səkilərə çırpılıb.
Şahidlərin sözlərinə görə, “VAZ 2107” Azadlıq prospektli ilə üzü Zərifə Əliyeva küçəsi istiqamətində hərəkətdə olub. Prospektlə Xəqani küçəsinin kəsişməsində isə yol patrul xidmətinin avtomobili ilə toqquşub.
“Jiquli”də olan sərnişin 28 yaşlı Əzizov Nəbi Şakir oğlu aldığı zərbələrdən hadisə yerində keçinib. Sürücü isə ağır bədən xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, vəziyyəti ağır olan sürücü dərhal travmatologiya şöbəsinə yerləşdirilib.
Qəzanın baş verdiyi ünvana Səbail rayon polis idarəsinin əməkdaşı cəlb olunub və müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Səbail rayon polis idarəsində cinayət işi başlanılıb.
Hələlik hadisənin hansı sürücünün günahı ucbatından baş verdiyi məlum deyil.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda ödənişli parklanma ərazisində soyğunçuluğa CƏHD - ANBAAN VİDEO
- Bakıda baş verən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- Təcavüzə məruz qalıb, nikaha məcbur edildiyini deyən qız: "Atamın qəyyumluğu ləğv edilsin"
- Azərbaycanda yeni hava limanı tikilir: İşlər nə yerdədir?
- Bakıda tıxacın qarşısını almaq üçün çəkiləcək yeni yolların SİYAHISI
Rəylər