Polis əməkdaşı iş başında dünyasını dəyişib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayon Polis İdarəsində baş verib.
Bakı şəhər Yol Polis İdarəsinin əməkdaşı, polis serjantı qəflələn dünyasını dəyişib. Bildirildi ki, həkim rəyinə görə, polis serjantı öz əcəli ilə, ürək tutmasından keçinib.
Ölən polis 1988-ci il təvəllüdlü Mayılov Emin Mehralı oğlu olub. O, ürək çatışmazlığından dünyasını dəyişib.
E.Mayılov avqustun 15-də 25 yaşını tamam edibmiş.
www.oxu.az