Bakının Xətai rayonunda, Sabit Orucov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, AzSamand markalı taksi (dövlət qeydiyyat nömrəsi 10-VV-685) ikinci dərəcəli hərəkət xəttindən yolayrıcına çıxaraq zəncirvari qəzaya səbəb olub – onunla Mercedes(Mercedes ML və Mercedes E-class) markalı iki avtomobil toqquşub.
Qəzada xəsarət alanlar yoxdur, avtomobillərə ciddi ziyan dəyib.