Bakıda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, motosiklet hərəkətdə olan avtomobilə çırpılıb. Hadisə nəticəsində olan avtomobildə olan sərnişinlər - 1973-cü il təvəllüdlü Şahverdiyeva Zəkiyyə Vahid qızı və 2001-ci il təvəllüdlü Məlikova Leyla Füzuli qızı müxtəlif xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır