Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpeg)
Bakıda YPX maşını qəzaya uğradı: polislər xəsarət aldı - VİDEO
Ötən gün Bakının Binəqədi rayonunda yol polisi avtomobili qəzaya uğrayıb.
Hadisə “Monte Kristo” restoranı yaxınlığında qeydə alınıb.
99 YP 468 nömrə nişanlı avtomobilin sürücüsünün idarə etdiyi maşın avtobusla toqquşub. Qəza zamanı yol polisləri xəsarət alıb.
Hadisə barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, faktla Bağlı Binqəqədi RPİ-də araşdırma başlanılıb, hadisənin təfərrüatı öyrənilir:
“Hadisə ehtiyatsızlıqdan baş verib. Xəsarət alan əməkdaşlarımız DİN-in Hospitalına yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir”.
Qeyd edək ki, bu barədə ilk məlumatı Baku.ws saytı yayıb.
İlhamə Əbülfət
"Bakı" teqi üzrə xəbərlər
- Bakının hansı küçələrində sıxlıq var? - 26.02.2025
- Manuela Traldi: "Azərbaycanın biznesə yanaşması beynəlxalq səviyyədə tanınmağa layiqdir"
- Bakıda yaşayış binasında güclü yanğın olub
- Bakının hansı küçələrində sıxlıq var? - 25.02.2025
- Paytaxtın bəzi yollarında baş verən qəzalara görə sıxlıq yaranıb - SİYAHI