Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda yük avtomobili yanıb
Bakıda yük avtomobili yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, D.Bünyadzadə küçəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub:
"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Ford Transit" yük avtomobilinin kabinə hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".
Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Dəniz kənarında inşa edilən qanunsuz tikili SÖKÜLDÜ
- Avtoqəzaya düşən şəxslərə ilkin yardımı düzgün göstərməmək hüquqi məsuliyyət yaradır?
- Azərbaycanda sabiq vəzifəli şəxs 41 yaşında vəfat etdi
- Bakıda "Mercedes" markalı minik avtomobili yanıb
- Kürdəxanıda obyektdəki yanğın TAM SÖNDÜRÜLÜB - Əraziyə 12 yanğınsöndürən avtomobili cəlb olunub