Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda yeddi maşın toqquşdu: Yaralılar var
Bakının Nizami rayonunda yeddi minik avtomobilinin iştirakı ilə qəza baş verib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən APA-ya verilən xəbərə görə, noyabrın 20-si saat 20:00-da Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən iki nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Xudu Məmmədov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, qəzada yeddi minik avtomobili iştirak edib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Paytaxtda yük maşını işıqfora çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR
- Ağdamda AĞIR QƏZA: Ölən və xəsarət alanlar var