Bakıda bir nəfərin yanıq xəsarətləri alması ilə nəticələnən yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az-nın Fövqəladə Hallar Nazirliyinin (FHN_ saytına istinadən verdiyi xəbərə görə, yanğın Qaradağ rayonunda vətəndaşa məxsus “ZİL” markalı yük avtomobilində baş verib. Nəticədə avtomobilin təkərləri və salon hissəsi yanıb. Yanğın zamanı avtomobilin sürücüsü yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Xidməti tərəfindən 5 saylı Yanıq Mərkəzinə aparılıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.