Nizami rayonunda əyləncə mərkəzlərinin birinə bomba qoyulması xəbəri yalan çıxıb.
Oxu.Az xəbər verir ki, Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, naməlum şəxs “Plaza” barına bomba qoyulması barədə xəbər verib. Araşdırmalardan sonra bu xəbər təsdiqini tapmayıb.
Polis hazırda yalan məlumat verən şəxsin saxlanılmasına çalışır.
Qeyd edək ki, bara partlayıcı qoyulması xəbəri hüquq-mühafizə orqanlarına çatdıqdan sonra barda əylənən şəxslər təxliyyə edilib.