Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıdakı parkda əyləşmək üçün skamya yoxdur
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Abbasqulu Ağa Bakıxanovun heykəli qoyulan park baxımsız vəziyyətdədir.
Bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, parkın problemi gecənin zülmətində gün üzünə çıxır. Elə hava işıqlı olanda da parkdakı vəziyyəti aydın görmək olur.
Belə ki, sözügedən parkda nə əyləşmək üçün skamyalar, nə də işıqlandırma sistemi var.
"Parkda əvvəllər əyləşmək üçün skamyalar var idi. İndi 1, ya 2 belə oturacaq qalıb. Gecə saatlarında park qaranlığa qərq olur. Yaxşı olardı ki, uşaqların əyləndiyi, yaşlıların asudə vaxt keçirdiyi bu məkan müvafiq qurumlar tərəfindən nəzarətə götürülsün və problemləri həll edilsin", - deyə sakinlərdən biri bildirib.
Sözügedən görüntüləri təqdim edirik: