Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıdakı sıxlığın səbəbi açıqlandı: “Nəqliyyat vasitələrinin xaotik hərəkəti...”
“Son günlərdə, təəssüf ki, sərnişindaşımada sıxlıq müşahidə edilir. Tövsiyə edirik ki, vətəndaşlar evlərini zərurət olmadan tərk etməsinlər”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, sərnişinlərin ictimai nəqliyyatdan yerli-yersiz istifadə etməsi sui-istifadə hallarının çox olduğunu göstərir:
“Məsələn, bazar ertəsi günləri üçün 6 apreldə 378 min sərnişin, bundan iki həftə sonra 537 min sərnişin, 27 apreldə isə 736 min sərnişin daşınıb. Sərnişinlərin sayında artım olub. Sıxlıq müşahidə edilir və bu, xoşagəlməz hadisələrə gətirib çıxara bilər”.
Sədr bildirib ki, bir həftə əvvəlki ilə müqayisədə, bugünkü nəqliyyat axını arasında 10-12 faiz artım müşahidə edilir.
“Nəqliyyat vasitələrinin xaotik hərəkəti, postlara yaxınlaşmadan sənədlərin çıxarılmaması sıxlığa səbəb olur”.
İlhamə Əbülfət
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər