Bu gün Bakıdan Türkiyənin Antalya şəhərinə uçan sərnişin təyyarəsində problem yaranıb.
Oxu.Az Modern.az-a istinadan xəbər verir ki, buna səbəb kimi “Türk hava yolları” şirkətinə məxsus təyyarədə qapının örtülmədiyi göstərilib. Kapitan sərnişinlərə belə məlumat verib.
Təyyarə 30 dəqiqəlik uçuşdan sonra Bakı aeroportuna qayıdıb.
Təyyarədə digər sərnişinlərlə yanaşı, Azərbaycanda nəşr olunan 27 KİV-in baş redaktoru da var.