Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq Bakıya qayıdan “Buta Airways”in J2-9235 nömrəli reys Həştərxana yola düşüb.
“Buta Airways”dən bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 13:05-də Həştərxana yola düşüb.
11:42
Bakıdan Həştərxan hava limanına uçan təyyarə geri qayıdıb.
Oxu.Az-ın məlumatına görə, Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.
Yerli vaxtla 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.
Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.
İlhamə Əbülfət