Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakı-Sumqayıt qatarlarında yaranan problem aradan qaldırıldı
Bu gün səhər saatlarından etibarən Bakıdan Sumqayıta və eləcə də Sumqayıtdan Bakıya hərəkət etməli olan qatarların hərəkətində yaranan problem aradan qaldırılıb.
Bu barədə Oxu.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Qeyd edilib ki, texniki problem qeydə alınan 6601 saylı qatar 1 saat 33 dəqiqədən sonra yola düşüb.
6601 saylı Bakı-Pirşağı-Sumqayıt qatarı bir saatdan artıqdır ki, Sabunçu sahəsində dayanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, buna yolun kontakt şəbəkəsində yaranan problem səbəb olub.
Hazırda ərazidə problemin aradan qaldırılması istiqamətində işlər görülür.
Bu gün səhər saatlarından etibarən Bakıdan Sumqayıta və eləcə də Sumqayıtdan Bakıya hərəkət etməli olan qatarların hərəkətində gecikmə müşahidə olunur.
Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Qeyd olunub ki, gecikmənin texniki səbəbdən qaynaqlandığı deyilib.
"Sumqayıtdan Bakıya gələn ADY-yə məxsus qatarların hərəkəti dayandırılıb. Saat 07:35 qatarı yoxdur. Nə birbaşa gələn, nə də ekspres qatar var. Stansiyada sıxlıq yaranıb", - deyə sərnişin bildirib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qatarların gecikməsinə səbəb Sabunçu stansiyası ərazisindəki kontakt şəbəkədə yaranan texniki problem olub. Hazırda problemin aradan qaldırılması üçün işlər görülür.
Əzizə İsmayılova
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Bakı Dəmiryol Vağzalındakı yeni turniketlərdə bank kartından istifadəyə niyə icazə verilmir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Rusiya Şimal-Cənub dəhlizi ilə daşımalara dair sazişi dəstəkləyib
- Azərbaycan Dəmir Yollarına məxsus şirkətin adı dəyişdirilib
- ADY: "Quru sərhədləri açılsa, Bakı-Tbilisi-Bakı reysi bərpa ediləcək"
Rəylər