Bakıda yağan güclü qar elektrik enerjisinə mənfi təsir göstərib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, paytaxtın Müşviqabad, Lökbatan qəsəbəsində elektrik enerjisinin verilməsində problem yaranıb.
Axşam saatlarından etibarən enerjinin verilməsi dayandırılıb.
Hadisə ilə bağlı “Bakıelektrikşəbəkə” ASC-nin əməkdaşları problemi aradan qaldırırlar.
Qurumun mətbuat xidmətinin rəhbəri Tanverdi Mustafayev bildirib ki, bir neçə gündür “Bakıelektrikşəbəkə” ASC gücləndirilmiş iş rejimində işləyir.
ASC-nin əməkdaşları Bakı şəhərini fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək üçün çalışırlar. Əgər haradasa elektrik enerjisinin verilməsində problem yaranarsa qrumun qaynar xətt xidmətinə müraciət etmək olar.
Belə ki, vətəndaşlar yaranmış problemlə əlaqədar həftənin 7 günü saat 8.30-20.00 arasında (012) 565-21-96 nömrəsi ilə əlaqə saxlaya bilərlər.