Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
!["Bakıkart" üzrə geri qaytarılan vəsait niyə hesablardan çıxılır?](https://images.oxu.az/2025/01/08/xEC4SFu0nXfr6BZ4Fmw2TKLZBfgym1cmOZH6Wtye:1200.webp)
"Bakıkart" üzrə geri qaytarılan vəsait niyə hesablardan çıxılır?
"Birbank" mobil tətbiqindən istifadə edilən "BakıKart" QR-biletləri üzrə vətəndaşların hesablarına qaytarılan vəsait yanvarın 10-dək müvafiq kart balansından çıxılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Kapital Bank" ASC məlumat yayıb.
"Bildiyiniz kimi, Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün "Birbank" mobil tətbiqində QR-bilet yaratmaq kifayətdir. Bilet yaradıldığı andan etibarən 1 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılır.
Noyabr ayında isə texniki xəta səbəbindən müştərilərin "BakıKart" QR-biletləri üzrə istifadə etmədikləri biletlərlə yanaşı, istifadə etdikləri biletlərin ödənişləri də onların hesablarına geri qaytarılıb.
Bu səbəbdən də bank tərəfindən müştərilərə bildiriş göndərilərək məlumat verilib ki, istifadə edilən biletlərə görə 29 noyabr-4 dekabr tarixləri aralığında onların hesablarına qaytarılan vəsait 10 yanvar tarixinədək müvafiq kart balansından çıxılacaq", - məlumatda deyilir.
Həmçinin, qeyd olunub ki, bu mövzuda sualları olan müştərilər "Birbank" mobil tətbiqində 29 noyabr-4 dekabr tarixlərini əhatə edən əməliyyat tarixçələrinə baxaraq, hesablarını yoxlaya və ya "196" Sorğu Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
"BakıKart mobil tətbiqi" teqi üzrə xəbərlər
- Fərid Hüseynov: "Birbank" "Bir" ekosisteminin mərkəzindədir"
- Vətəndaşların "BakıKart" QR-biletlərindən pul vəsaitləri silinib? - AÇIQLAMA
- "BakıKart"ın internet səhifəsi bərpa edilib? - Rəsmi AÇIQLAMA
- "m10"un "BakıKart" bölməsində yaranan problem aradan qaldırılıb?
- "BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA
Rəylər