Bakıda yol-nəqliyyat hadisəsi törədən sürücü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 1-də saat 21 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Xanmirzəyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə “Mercedes-Benz” markalı iki maşını vurub qaçmaq istəyərkən 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Ətrafında aparılan tədbirlərlə onun noyabrın 28-də rayon ərazisindəki evlərin birindən 1 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
View this post on Instagram
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Cəbrayılda minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun ailə üzvləri imiş - Foto/Video
- Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı
- Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib - Foto/Video
- Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib
- Qubada əməliyyat: Keçmiş məhkumlar saxlanıldılar - Foto/Video
Digər xəbərlər