Bu gün Bakının mərkəzində möhtəşəm şou təşkil olundu.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Bakı bulvarında təşkil olunmuş şouda Amerika əfsanəsi “Harley Davidson” motobrendinin “750 Street 2015” modeli mtosevənlərin qarşısına çıxarılıb.
Tədbirdə Azərbaycanın aktiv motosevənləri, HOG üzvləri, ANS Şirkətlər Qrupunun böyük komandası və əsl Harley həvəskarları iştirak edib.
İlk öncə tədbir Azərbaycan himninin səslənməsilə açıq elan olunub. Daha sonra “Harley-Davidson-Azerbaijan”ın ölkəmizdəki rəsmi nümayəndəsi olan “Azman Co” MMC-nin baş direktoru Vüqar Neymətzadə çıxış edib. O, bildirib ki, Bayraq günü münasibətilə təşkil olunan şuoda nümayiş olunan “750 Street 2015” modeli çox rahat və sərfəli qiymətlə moto həvəskarlarının könlünü oxşayacaq.
Çıxışdan sonra təqdim olunan “750 Street 2015” modeli bayk sevənlərin qarşısında hərəkətə gətirilib. Motorun səsindən cüşa gələn motohəvəskarlar “Harley Davidson”un yeni modelini böyük coşğu ilə qarşılayıblar. Motosikli idarə edən bayker Kənan Fərzəliyev bildirib ki, “750 Street 2015” modelini həqiqətən də almağa dəyər.
Tədbirdə eyni zamanda çoxlu sayda moto-müsabiqə keçirilib. Müsabiqədə qalib gələn 3 iştirakçıya Harley Davidson loqolu hədiyyələr paylanıb.
Qeyd ki, “Harley Devidson”un əsas məqsədi birlik, azadlıq ruhunu əks etdirmək və daimi olaraq bu həyat tərzini seçənləri əhatəsinə toplamaqdır.