Cəmiyyət üçün həqiqətən də yaxşı və vacib olan, həm də, mədəni həyata məzmun qatan istənilən ideya mövcud olmaq və həyata keçirilmək hüququna sahibdir.
Bu barədə “Exo” ilə söhbətdə kiyevlilərin üçüncü dəfə “Kiyevin 7 möcüzəsi”ni müəyyənləşdirmələri barədə xəbəri şərh edən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva bildirib.
“Bakıda o qədər çox maraqlı görməli yerlər var ki, bizdə belə siyahı olsaydı, çətin ki, 7 möcüzə ilə kifayətlənə bilərdik. Əgər şəxsən öz fikrimi desəm, mən sonuncu tikililər arasında daha çox Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, həmçinin “Alov qüllələri”ni çox bəyənirəm. Köhnə tikililərə gəldikdə isə, düşünürəm ki, Qız qalası mütləq siyahıya daxil olmalıdır. Lakin təkcə tarixi tikililərlə kifayətlənmək olmaz, mühüm tədbirlərin keçirildiyi əhəmiyyətli obyektləri də bu siyahıya daxil etmək lazımdır. Hətta paytaxtın qonaqları bu tikililərin xüsusi əhəmiyyətini vurğulayırlar. Belə ki, II Ümumdünya mədəniyyətlərarası dialoq forumu zamanı sivilizasiyalar alyansının nümayəndələrindən biri Qız qalası və “Alov qüllələri” arasında maraqlı parallelər apardı”.
Qeyd edək ki, 2007-ci ildə tarixçi Ukraynanın Ali Radasının vitse-spikeri N.Tomenko “Ukraynanın 7 möcüzəsi” adlı unikal kulturoloji layihəyə start verdi. A.Briqintsə isə Kiyevi ümumukrayna reytinqində təmsil edə biləcək obyektləri müəyyənləşdirmək və təklif etmək üçün Kiyev regional təşkilat komitəsinə başçılıq etmək tapşırıldı.
2010-cu ildə kiyevlilərə növbəti dəfə 20 obyektin arasından “Kiyevin 7 möcüzəsi” adlandırıla biləcək 7 obyekti seçmək təklif olundu və 20 mindən çox insanın iştirak etdiyi internet-səsvermə nəticəsində paytaxt sakinləri 2007-ci ildəki seçimlərini təkrarladılar.
Öz növbəsində, fəal İnternet istifadəçisi, Facebook-da “Həyat naminə” xeyriyyə cəmiyyətinin nümayəndəsi Mina Məlikovanın “Exo”ya bildirdiyinə görə, bu ideya təkcə turistlər deyil, həm də təkcə Bakının deyil, bütün ölkənin görməli yerləri haqqında pis məlumatlandırılmış öz vətəndaşlarımız üçün də çox maraqlı və faydalı ola bilər. Ekspert belə layihələri Azərbaycan üçün vacib hesab edir.
Müstəqil memarlar assosiasiyasının prezidenti Zemfira Budaqovanın sözlərinə görə, Azərbaycan müxtəlif görməli yerlərlə zəngindir.
“Lakin əcnəbi ekspertlər dəfələrlə qeyd ediblər ki, bizdə mədəni irsin qayğısına kifayət qədər qalmırlar. Bir çox ölkələrdə bizim tarixi tikililər kimi obyektlər yoxdur. Buna görə də, bu layihə üzərində düşünmək və ölkə əhalisi arasında belə sorğular aparmaq lazımdır. Əgər mənim bəyəndiyim mədəniyyət abidələrindən danışsaq, onların arasında mütləq Qız qalasını qeyd etmək lazımdır. Lakin ölkənin regionlarında da çoxlu sayda maraqlı obyektlər var”.
Exo
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin