Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Heydər Əliyev prospektində məhdudiyyət tam aradan qaldırılıb
Heydər Əliyev prospektində məhdudiyyət tam aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
Qeyd edilib ki, Heydər Əliyev prospekti, əsas yol, həm mərkəz, həm də metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.
Hazırda paytaxtın bəzi prospekt və küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib, bir neçə yolda isə avtomobil sıxlığı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məhdudiyyət tətbiq edilən yollar:
1. Qara Qarayev prospekti, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, Bakı Olimpiya Stadionunun qarşısından, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti istiqamətində;
4. Heydər Əliyev prospekti, əsas yol, Heydər Əliyev Mərkəzinin qarşısı, metronun "Koroğlu" stansiyası istiqamətində;
5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Sıxlıq olan yollar:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
2. Babək prospekti, mərkəz istiqamətində;
3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
5. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
10. Qara Qarayev prospekti, metronun "Qara Qarayev" stansiyasından "Koroğlu" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.