Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakının bəzi küçələrində sıxlıq müşahidə olunur
3 günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Belə ki, nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət intensivliyini artırmaq üçün mərkəzi küçə və prospektlərdə svetoforlara "yaşıl dalğa" rejimi tətbiq etməklə yanaşı, yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Hazırda yollardakı vəziyyət:
1. Mikayıl Useynov prospekti, Dövlət Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)" teqi üzrə xəbərlər
- Paytaxtda sıxlıq müşahidə edilən yollar - 12.06.2025
- Paytaxtda 14 istiqamət üzrə sıxlıq müşahidə edilir - 11.06.2025
- Paytaxtda 21 istiqamət üzrə sıxlıq müşahidə edilir - 10.06.2025
- İsti havada avtomobildə texniki nasazlıq niyə yaranır? - Usta diqqəti əsas məqama yönəldir
- Bakının mərkəzi küçələrinin kəsişməsində qırmızı lentlə baryerlər qurulub